img

 

“Turizm təşkilatçısı”nın əsas vəzifə fəaliyyətinə aşağıdakı meyarlar daxildir:

  • Səyahətə hazırlıq ilə bağlı müştərilərə istiqamət vermək;
  • Təyinat məntəqələrini seçmək, araşdırmaq, eləcə də biletlərin və mehmanxanalarda yerlərin sifarişi ilə əlaqədar müştərilərə kömək göstərmək; 
  • Fərdlər və qruplar üçün uzaq məsafəli səyahətlər, səfərlər, ekskursiyaları planlaşdırmaq, təşkil etmək və həyata keçirtmək;
  • Beynəlxalq səviyyədə tanınmış sifariş sistemlərindən istifadə etmək;
  • Turistləri səyahət proqramına uyğun tarixi abidələr, muzeylər, təbii gözəllikləri olan yerlərə götürmək, xüsusiyyətlərini tanıtmaq, Azərbaycanın tarixi, etnoqrafiyası, mədəniyyəti, mətbəxi və s. haqqında məlumat vermək;
  • Ekskursiya obyektlərini tanıtmaq, ekskursant qrupuna nümayiş etdirmək, metodiki üsullarla ekskursiya keçirtmək; 
  • Lazım olduğu halda ilkin yardım göstərmək;
  • İşin ümumi prinsipi, iş zamanı avadanlıq, iş portfeli və onların xüsusiyyətlərini bilmək, tarixi abidələr, muzeylər, qonaqpərvərliyin xüsusiyyətləri, turistləri cəlb edə biləcək yerlər haqqında müvafiq biliklərə sahib olmaq;
  • Kollektivlə işləməyi bacarmaq;         

Qəbul: IX sinifdən (dövlət hesabına)

Təhsil müddəti: 2 il

Tədris dili: Azərbaycan

Qəbul: XI sinifdən (dövlət hesabına və ödənişli)

Tədris dili: Azərbaycan, Rus

Təhsil müddəti: 1 il

Paylaş :