![]() |
Turizm agenti−turizm məhsulunu reklam edib, hərəkətə gətirən, alıcıya təqdim edib onun satışı ilə məşğul olan, müştərilərə səyahətə hazırlığı ilə bağlı istiqamət verən, təyinat məntəqələrini seçmək və araşdırmaq, eləcə də biletlərin və mehmanxanalarda yerlərin sifarişi ilə əlaqədar müştərilərə kömək göstərən, fərdlər və qruplar üçün uzaq məsafəli səyahətlər, səfərlər və ekskursiyalar təşkil edən, turist və turoperator arasında vasitəçi rolunu oynayan fiziki şəxsdir. Bakı Turizm Peşə Məktəbinin "Turizm agenti" qrupunun tələbələri respublikamızın qabaqcıl turizm müəssisələrində ("Millenium", "Baku Travel", "Atropatena", "Bakı Ekskursiya MMC", "Regea", "Smile", "AFN", İmprotex" və s.) istehsalat təcrübəsi keçirlər. {gallery}turizmagenti{/gallery}
Mehmanxana qeydiyyatçısı−otel və mehmanxana tipli müəssisələrdə çalışan və ön büroya xidmət edərək, ilk ünsiyyətçi kimi qonaqların otelə qəbul edilməsi və oteldən yola salınması, rezervasiyaların qəbul edilməsi, otaqların ayrılması, qeydiyyatın aparılması, mesajların ötürülməsi, hesabların hazırlanması kimi geniş həcmli işləri icra edən inzibati işçidir. Bakı Turizm Peşə Məktəbinin "Mehmanxana qeydiyyatçısı " qrupunun tələbələri respublikamızın qabaqcıl müəssisələrində ("Four Seasons", "Baku Bulvar", "JW Marriott- Absheron Baku", "Qafqaz Baku City", "Hilton Baku", "Holiday İnn Baku", "Royal", "Hyatt Regency Baku", "Jumeriah Baku Beach", Ambassador", "Bosfor", "Konsul" və s.) istehsalat təcrübə keçirlər. {gallery}mehmabnxana{/gallery}
Qənnadçı, şirniyyatçı−gigiyenik norma, xüsusi texnologiya və təhlükəsizlik qaydalarına riayət edərək, verilmiş reseptura üzrə müxtəlif qənnadı və şirniyyat məmulatlarını, desertləri və bu seçimdə olan digər şirniyyatları (tortlar, pirojnalar, ruletlər, kekslər, peçenyelər, krem, pomada, şokolad, çalınmış qaymaq, jele və s.) hazırlayan, onlara zövqə uyğun tam, dad, müxtəlif forma verib bəzəyən və bir sıra texniki əməliyyatlar icra edən peşəkar xidmət ustasıdır. Bakı Turizm Peşə Məktəbinin "Qənnadçı, şirniyyatçı" qrupunun tələbələri respublikamızın qabaqcıl şirniyyat müəssisələrində ("VİVA", "AZZA", "ÇUDO PEÇKA" və s.) istehsalat təcrübə keçirlər. {gallery}qennadici{/gallery}
Aşpaz−ictimai iaşə, məişət və digər xidmət sahələrinin əsas siması kimi gigiyenik norma, xüsusi texnologiya, təhlükəsizlik qaydalarına riayət edərək, menyunu planlaşdıran, xammalı seçən və alan, qonaqlar üçün milli və xarici mətbəxin təamlarını bişirən və bişirilməsinə nəzarət edən, yeri gəldikdə qonaqların sifarişi əsasında təamın süfrəyə təqdim edilməsi kimi məsuliyyətli işləri icra edən, yaradıcılıq qabiliyyətinə malik olan xidmət ustadır. "Aşpaz" ixtisası qrupunun tələbələri respublikamızın qabaqcıl otel, restoran və digər ictimai iaşə obyektlərində ("Four Seasons", "Baku Bulvar", "JW Marriott- Absheron Baku", "Qafqaz Baku City", "Hilton Baku", "Holiday İnn Baku", "Royal", "Hyatt Regency Baku", "Jumeriah Baku Beach", Ambassador", "Bosfor", "Karvansaray", "Köhnə Şəhər", "Manqal", "Neopol", "İçərişəhər" və s.) istehsalat təcrübə keçirlər. {gallery}aspaz{/gallery}
Mühasib−hər hansı bir idarə və müəssisənin təsərrüfat subyektinin aktivləri, passivləri, gəlir, mənfəət, zərər, uçot, vergi öhdəliyi və maliyyə hesabatlarını həyata keçirən, onların qeydiyyatını aparan, eyni zamanda hüquqi və fiziki şəxslərin maliyyə sövdələşmələri ilə əlaqədar fəaliyyətləri yerinə yetirən, uyğunluq tələbləri barədə məlumat və məsləhət verən məsul işçidir. Bakı Turizm Peşə Məktəbinin "Mühasib" qrupunun tələbələri Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində istehsalat təcrübə keçirlər. {gallery}muhasib{/gallery}
Sual və təklifləriniz üçün