
Bakı Turizm Peşə Məktəbində Ümumdünya Şəhərsalma Forumu – WUF13 çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə məktəbin turizm ixtisası üzrə fənn müəllimi Vüsalə Məhərrəmova tələbələrə forumun məqsədi, əhəmiyyəti və dayanıqlı şəhər inkişafı istiqamətində həyata keçirilən beynəlxalq təşəbbüslər barədə məlumat verib.
Görüş zamanı tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb və şəhərsalma, turizm və davamlı inkişaf arasındakı əlaqələr ətrafında fikir mübadiləsi aparılıb.