img

Bakı Turizm Peşə Məktəbində 2026–2027-ci tədris ili üçün qəbul kampaniyası çərçivəsində peşəyönümü tədbirləri həyata keçirilib.

Mart ayından etibarən məktəbin pedaqoji heyəti Bakı şəhərində yerləşən tam orta ümumtəhsil məktəblərində olub, şagirdlərlə görüşlər keçirib. Görüşlər zamanı Bakı Turizm Peşə Məktəbinin fəaliyyəti, tədris olunan ixtisaslar, təhsil imkanları və gələcək məşğulluq perspektivləri barədə ətraflı məlumat verilib.

Tədbirlər çərçivəsində məktəbin tanıtım materialları təqdim olunub, turizm, qonaqpərvərlik və xidmət sahələri üzrə peşə təhsilinin üstünlükləri şagirdlərin diqqətinə çatdırılıb. Eyni zamanda, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların gələcək peşə seçimləri ilə bağlı maarifləndirici söhbətlər aparılıb.

Keçirilən görüşlərin əsas məqsədi şagirdlərin peşə təhsili imkanları barədə məlumatlandırılması, əmək bazarında tələb olunan ixtisaslar haqqında məlumat əldə etmələrinə və gələcək karyeralarını daha düzgün planlaşdırmalarına dəstək göstərilməsi olub.

Paylaş :