img

 

Milli Kulinariya Mərkəzinin baş direktoru Orxan Fikrətoğlu Bakı Turizm Peşə Məktəbində qonaq olub.

Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova ilə görüş zamanı qonağa məktəbdə tədris olunan ixtisaslar və tələbələr üçün yaradılan şərait barədə məlumatlar verilib.

Görüş zamanı Milli Kulinariya Mərkəzi və BTPM arasında qarşılıqlı əlaqələrin inkişafına dair məsələlər müzakirə edilib.

Görüşün sonunda Orxan Fikrətoğlu “Aşpaz” və “Qənnadçı, şirniyyatçı” ixtisası üzrə təhsil alan tələbələrin məktəbin peşə laboratiyalarında keçirilən tədris prosesi ilə yaxından tanış olub.

Paylaş :