img

Bakı
Turizm Peşə Məktəbinin pedaqoji heyəti “Gələcək üçün Peşə Təhsili və Təlimi mərzkəzlərinin yaradılması layihəsi çərçivəsində” Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimlərdə iştirak edib.

Təlimlər, 2 gün olmaqla, seçilmiş 30 nəfər pedaqoji heyət üçün təşkil edilib. Təlimin effektivliyinin artırılması məqsədi ilə hədəf qrupu 15 nəfər olmaqla birinci gün və digər 15 nəfər olmaqla növbəti təlim təşkil olunub.Təlimin mövzuları ehtiyaclara uyğun olaraq, kurikulumların tətbiqi, tədrisin təşkili, müasir idarəetmənin əsasları və təhsil müəssisələrində keyfiyyət təmin edilməsi mövzularını əhatə edib.

Layihənin əsas məqsədi əmək bazarının tələblərinə cavab verən səriştəli kadr hazırlığı üçün PTT müəssisələrinin müasirləşdirilməsində Peşə Təhsili üzrə Dövlət Agentliyinə (PTDA) dəstək verməkdir. Layihənin benefisiarı Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyidir.

Paylaş :