img
İyunun 25-də Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimovanın iştirakı ilə məktəbin Vətən müharibəsində qəhrəmanlıq göstərmiş tələbələri arasında görüş təşkil olunub.
Tədbirə qazi və veteran adı qazanmış tələbələrlə yanaşı Azərbaycan Ordusunun zabitləri, II Qarabağ müharibəsi iştirakçıları – polkovnik-leytenant Zal Nəbiyev və mayor Kamal Əhmədov da dəvət ediliblər.
Görüş müqəddəs torpaqlarımız uğrunda canından keçmiş şəhidlərin bir dəqiqəlik anım mərasimi ilə başlayıb. Daha sonra çıxış edən məktəbin direktoru Neylüfər Kərimova müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində iştirak etmiş tələbələrin hər birinə təşəkkürünü bildirib və Azərbaycan xalqının onlarla fəxr etdiyini qeyd edib.
Görüş zamanı zabitlərlə müharibə iştirakçıları arasında döyüş xatirələrinə dair söhbətlər baş tutub.
Sonda məktəbin direktoru Neylüfər xanım Kərimova Azərbaycanın şanlı qələbəsində rolu olan zabitlərə və döyüşlərdə iştirak edən Bakı Turizm Peşə Məktəbinin tələbələrinə hədiyyə və təşəkkürnamələr təqdim edib.
Paylaş :