img
Tədbirdən öncə qonaqlar və məktəbin Vətən müharibəsində iştirak etmiş tələbələri Bakı Turizm Peşə Məktəbinin şəhid məzunları Sahil Babayev və Arif Rüstəmovun adları verilmiş sinif otaqları ilə tanış olublar.
Məktəbin akt zalında baş tutan tədbirdə Vətən müharibəsi qaziləri, Dövlət Turizm Agentliyinin sədr müşaviri Kənan Quluzadə və Agentliyin nümayəndələri, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən Assosiasiyaların və təşkilatların rəhbər şəxsləri, məktəbin müəllim və tələbə kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Neylüfər Kərimova açıb. Onun çıxışından sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra çıxış üçün söz Dövlət Turizm Agentliyinin sədr müşaviri Kənan Quluzadəyə verilib.
O, iştirakçılara Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi zəfərinin önəmindən, bu zəfər uğrudan canından keçən şəhidlərin şücaətindən danışıb. Qarabağın turizm potensialının Azərbaycan üçün önəmlərinə toxunan Kənan Quluzadə gələcəkdə Qarabağda yüksək səviyyəli turizm infrastrukturunun yaradılacağını bildirib.
Daha sonra söz tədbirin qonaqlarına və məktəbin Vətən müharibəsində iştirak etmiş qazilərinə verilib.
Görüşün sonunda müharibə iştirakçıları məktəbin tələbələrinin suallarını cavablandırıb, xatirə şəkillər çəkdirilib.
Paylaş :