img

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Bakı Turizm Peşə Məktəbi publik hüquqi şəxsi aşağıda qeyd olunan ixtisaslar üzrə işə qəbul üçün “Müəllim” vakansiyası elan edir:

1. Turizm təşkilatçısı ixtisası üzrə müəllim 2. Qrafik dizayner ixtisası üzrə müəllim 3. Aşpaz ixtisası üzrə müəllim 4. Bərbər,vizajist-manikürçü ixtisası üzrə müəllim

Vəzifə öhdəlikləri :

• Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırılmasını, onların müstəqil həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin etmək. • Tədris edilən fənnin, ixtisasın spesifik xüsusiyyətləri nəzərə alınmaqla tələbələrlə təlim məşğələləri aparmaq. • Tədris intizamına riayət edilməsini və davamiyyətə əməl olunmasını təmin etmək. • İxtisasını yüksəltməyə çalışmaq, müəllimlərin etik davranış qaydalarına riayət etmək.

Vəzifə üzrə tələblər :

• Ali təhsil • Azərbaycan, Rus və İngilis dil biliyi • 25-45 yaş arası • Pedaqoji bacarıq, yaxşı ünsiyyət • Təyin olunan proqram üzrə dərsləri maksimum effektivliklə tədris etmək • İxtisas,pedaqogika və metodika sahəsi üzrə bilikləri yüksək səviyyədə olmalı

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində hansı ixtisas üzrə müraciət etdiklərini qeyd etməklə CV-lərini info@btpm.edu.az e-mail ünvanına göndərə bilərlər.

Əlaqə telefonları: 012-561-97-87 ; 012-561-79-52

Paylaş :