img

Bakı Turizm Peşə Məktəbində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş anım tədbiri təşkil olunub. Tədbirin keçirilməsində məqsəd 20 Yanvar faciəsinin tarixi əhəmiyyətini tələbələrə çatdırmaq, şəhidlərin xatirəsini yad etmək və gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək olub.

Tədbir çərçivəsində çıxış edənlər 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsində tutduğu mühüm yerdən bəhs edib, bu faciənin milli yaddaşımızda silinməz iz qoyduğunu vurğulayıblar. Tələbələrə həmin gün baş verən hadisələr, onların səbəbləri və nəticələri barədə ətraflı məlumat verilib.

Anım mərasimi bədii hissə ilə davam etdirilib. Tələbələr tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şeirlər və ədəbi-bədii kompozisiyalar səsləndirilib.

Tədbirin sonunda Bakı Turizm Peşə Məktəbinin müəllim və tələbə heyəti Şəhidlər Xiyabanını ziyarət edərək 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.

Paylaş :