img

Bakı Turizm Peşə Məktəbində Zəfər Gününün 5 illiyi münasibətilə stolüstü tennis üzrə məktəbdaxili yarış təşkil edilib. Yarışın məqsədi şagirdlər arasında sağlam həyat tərzini təşviq etmək, gənclərin idmana marağını artırmaq və Zəfər Gününün əhəmiyyətini vurğulamaq olub.

Turnirdə müxtəlif ixtisas qruplarından olan tələbələr iştirak edərək güclü rəqabət nümayiş etdiriblər. Yarış həm oğlanlar, həm də qızlar arasında keçirilib və qaliblər aşağıdakı kimi müəyyən olunub:

Oğlanlar üzrə nəticələr:

1-ci yer – Əli Qarayev, Qrup 318, Aşpaz
2-ci yer – Turan Əsgərli, Qrup 291, Aşpaz
3-cü yer – Turan Şahbazov, Qrup 313, Aşpaz
3-cü yer – Elnur Qasımzadə, Qrup 328, Bərbər

Qızlar üzrə nəticələr:

1-ci yer – Aytən Məmmədəliyeva, Qrup 310, Tədbirlər Təşkilatçısı
2-ci yer – Rəna Quluzadə, Qrup 309, Mehmanxana İnzibatçısı
3-cü yer – Leyla Qədirli, Qrup 320, Qənnadçı-Şirniyyatçı
3-cü yer – Naylan Sarıyeva, Qrup 285, Turizm Təşkilatçısı

Qaliblər məktəb rəhbərliyi tərəfindən təltif olunub və yarış iştirakçılarına fəal iştiraklarına görə təşəkkür bildirilib. Tədbir yüksək təşkilatçılıqla keçmiş, gənclərin idman bacarıqlarının inkişafına müsbət töhfə vermişdir.

Paylaş :