
Bakı Turizm Peşə Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Mini Futbol turniri təşkil olunub. Məktəbin tələbə qrupları arasında keçirilən bu idman tədbiri gənclərin fiziki sağlamlığının möhkəmləndirilməsi, komanda ruhunun və birgə fəaliyyət bacarıqlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilib.
Turnirdə müxtəlif ixtisas qruplarını təmsil edən komandalar iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunlar tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Turnirin yekununda qalib komandaya diplom və kubok təqdim olunub, fərqlənən oyunçular isə xüsusi sertifikatlarla təltif ediliblər.
Bu cür tədbirlər Bakı Turizm Peşə Məktəbində gənclərin hərtərəfli inkişafına dəstək vermək və onların sosial-ictimai fəallığını artırmaq məqsədilə mütəmadi olaraq təşkil olunur.


