img
Aprelin 15-də Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Azərbaycan Hotel Assosiasiyası tərəfindən qonaqpərvərlik sahəsində iş axtaran tələbə və məzunlar üçün karyera günü təşkil edilib.

Karyera günündə Azərbaycan Hotel Assosiasiyasına üzv olan 46 hotel vakansiya və təcrübə proqramları ilə iştirak edib.
Karyera gününə Bakı Turizm Peşə Məktəbinin tələbə və məzunları qatılıb.
Həmçinin tədbir çərçivəsində qonaqpərvərlik üzrə master-klaslar təşkil olunub, Azərbaycan Hotel Assosiasiyasına üzv olan hotellərin təmsilçiləri tərəfindən hotel şöbələri və vəzifələri, işçi iyerarxiyasına virtual tur, qonaqpərvərliyin əsaslarına ilkin giriş, qonaq xidməti sənəti, gənc aşpazlara tövsiyələr və peşə sirləri, həmçinin uğurlu CV təklifləri kimi mövzularda təqdimatlar keçirilib.
Paylaş :