img

 

“Qrafik dizayner”−kompüter qrafikası görüntüləri ilə işləyən, informasiya modelini quran, müxtəlif  layihələri hazırlayan və  təsvirlər üzərində qrafik obyektlər ilə əməliyyat aparmaq qabiliyyətinə malik olan  tətbiqçidir.

“Qrafik dizayner”ixtisasının əsas peşə meyarları:

  • Təhlükəsizlik normalarına və texniki tələblərə uyğun olaraq, resursları hazırlamaq və təmin etmək;
  • Qrafik dizayn işləri üçün (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) tələbləri;
  • Qrafik dizayn prosesində istifadə edilən alət və materiallar ilə bağlı olan dayanıqlı məsələlər;
  • Müştərinin tələbini aydınlaşdırmaq:
  • Tələb olunan qrafik dizayn komponentlərinin növünü müəyyən etmək;
  • Müvafiq işçi heyəti ilə müzakirələr apararaq, vizual dizayn konsepsiyasına təsir edə bilən amilləri, o cümlədən dizayn üslublarını müəyyən etmək;
  • İdeyalar yaratmaq və onları qiymətləndirmək:
  • Proqram vasitələri, dizaynlar, şəkillər, incəsənət işləri və qrafik dizayn işini ruhlandıra bilən digər yaradıcı mənbələri nəzərdən keçirmək;
  • Texniki cəhətdən mümkün olan, texniki şərtlərə cavab verən, qrafik dizaynlar hazırlamaq və bütün dizayn məsələləri ilə bağlı yaradıcı həlli yolunu tapmaq;
  • Dizayn üslubundan istifadə etməklə müvafiq müştərilər və həmkarlar üçün qrafik dizayn ideyaları təqdim etmək;
  • Dizayn üslubunu seçmək və nəticələri  işçi heyəti ilə müzakirə etmək;
  • Qrafik dizayn üçün tələb olunan resursları, o cümlədən iş sahəsini, materiallar, alətlər və avadanlıqları düzgün şəkildə müəyyən etmək;
  • Seçilmiş dizayn üslublarından istifadə etməklə yekun dizayn əsasında komponentlər üçün struktur hazırlamaq;
  • Komponentləri hazırlamaq üçün qrafik dizayn prinsipləri və kommunikasiya prinsiplərini tətbiq etmək;
  • Ümumi dizayn terminləri, xüsusilə də qrafik dizayn terminləri;
  • Vizual kommunikasiya ilə bağlı seçilmiş, mövcud, yaranmaqda olan nəzəriyyə və fikirlər;
  • Rənglərin idarə edilməsi praktikası və nəzəriyyəsi;
  • Çapa hazırlıq prosesləri və onların dizayn prosesi ilə əlaqəsi;
  • Qrafik dizayn prosesi zamanı qarşıya çıxan problemlər, onların aradan qaldırılması və ya həll edilməsi yolları;
  • Qrafik dizayn işlərinin sənədləşdirilməsi, təqdim edilməsi;
  • Corel Draw və ya Adobe Illustrator, Adobe Photoshop kimi dizayn proqramlarından istifadə etmək;
  • Qrafik dizaynlarının yaradılması üçün müxtəlif dizayn üslublarından, o cümlədən sektor üzrə standart qrafik proqram təminatından istifadə etmək;
  • Qrafik dizaynlarını hazırlamaq üçün qrafik dizayn və kommunikasiya prinsiplərini tətbiq etmək;
  • İşin icra olunması və qiymətləndirmə:

Qəbul: XI sinifdən (ödənişli)

Tədris dili: Azərbaycan

Təhsil müddəti: 1 il

Paylaş :