img

 

Bərbər – Vizajist−makyaj rəssamı kimi insan siması və bədəninə uyğun müxtəlif növ illisturasiya tətbiq edən gözəllik ustasıdır. O, həmçinin, kosmetika şirkəti üçün çalışaraq müştərilərə  reklam işləri apara və məhsulların satışı ilə məşğul ola bilər. Dərinin makiyaj üçün hazırlanması, makiyajın tətbiq edilməsi, makiyaj barədə məsləhətin verilməsi, uzunmüddətli çəkilişlər zamanı makiyajın saxlanılması və saç üslubu ilə makiyaj arasında uyğunluq barədə saç ustaları ilə əlaqənin yaradılması işlərinə cəlb oluna bilər.

  • Makiyaj ilə bağlı tələbləri müştərilər və sənətçilələ razılaşdırmaq;
  • İstehsal tələbləri üçün yaradıcı həll yollarını təmin etmək məqsədi ilə makiyaj dizaynları üçün müxtəlif ideyalar formalaşdırmaq;
  • Müştərilərdən qrafikləri əldə etdikdən sonra makiyaj planlarını hazırlamaq.
  • Makiyajı tətbiq etmək üçün hazırlıq işləri görmək:
  • Makiyajın tez və effektiv şəkildə tətbiq edilməsini təmin etmək məqsədil iə iş masasını hazırlamaq;
  • Makiyaj məhsulları və avadanlıqlarından istifadə etmək və onları saxlamaq;
  • Müştərlərin saçını və paltarlarını qorumaq üçün onları tələb olunan müdafiə örtüyü ilə təmin etmək;
  • Müştərinin dərisini təmizləmək üçün müvafiq təmizləmə məhsullarından istifadə etmək;
  • Makiyaj və təmizlik prosesi boyunca sağlamlıq və gigiyena tələblərinə riayət etmək;
  • Dekorativ kosmetikanı seçmək.
  • Makiyaj tətbiq edən zaman müştərinin rahatlığını təmin etmək;
  • Məhsulları makiyaj planına, sağlamlıq və gigiyena tələblərinə uyğun olaraq müvafiq ardıcıllıqla tətbiq etmək;
  • Makiyajı tətbiq edən zaman lazım olduğu təqdirdə prosedurlar və məhsulları müştərilərə izah etmək;
  • Yekun effektin tələblərə cavab verdiyini yoxlamaq;
  • Makiyajın hazırlanması, tətbiqi, saxlanılması zamanı sağlamlıq və gigiyena tələblərini müəyyən etmək, onları icra etmək;
  • İstehsal, göstəriş və tədbir zamanı operativ şəkildə və müvafiq müddətdə lazımi düzəlişləri dəqiq şəkildə tətbiq etmək.
  • Makiyajın silinməsi prosesini müştərilərə izah etmək;
  • Müvafiq təmizləmə məhsullarından istifadə etməklə makiyajı silmək;
  • Makiyajın silinməsi prosesi zamanı müştərinin rahatlığını və təhlükədən qorunmasını təmin etmək;
  • Müvafiq olduğu təqdirdə makiyaj avadanlığını yumaq, dezinfeksiya etmək və ya atmaq;
  • İş sahəsini təmizləmək, onu ilkin vəziyyətə və ya daha yaxşı vəziyyətə gətirmək.
  • İxtisaslaşma, bədən incəsənəti:
  • Bəzi makiyaj ustaları xüsusi effektlər əldə etmək üçün bədəni bəzəmək və rəngləmək

Qəbul: XI sinifdən (ödənişli)

Tədris dili: Azərbaycan

Təhsil müddəti: 1 il

Paylaş :