img

 

Noyabrın 7-də Bakı Turizm Peşə Məktəbində 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə, Agentliyin nümayəndələri, məktəbin rəhbər heyəti, müəllim kollektivi, Vətən müharibəsi iştirakçıları və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova açıb.N.Kərimova bildirib ki, Zəfər Günü Azərbaycan xalqının qeyd etdiyi bayramlar arasında ən müqəddəsi hesab edilə bilər. Çünki bu gün qəhrəman oğullarımızın, müqəddəs şəhidlərimizin qanı bahasına ərsəyə gəlib.

8 Noyabr – Zəfər Gününün əhəmiyyətinə toxunan Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə tələbələrə cənab prezident İlham Əliyevin göstərişi ilə Qarabağda davam edən yenidənqurma işləri barədə məlumat verib. K.Quluzadə qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun böyük turizm potensialı mövcuddur. Gələcəkdə peşəkar kadrlara tələbin artacağını bildirən sədr müşaviri bu mənada Bakı Turizm Peşə Məktəbinin işini yüksək qiymətləndirdiyini qeyd edib.

Daha sonra Zəfər Gününə həsr olunmuş film təqdim edilib.

Film nümayişindən sonra Bakı Turizm Peşə Məktəbinin Mətbuat Katibi Rəhim Qədirov tədbir iştirakçılarına Vətən müharibəsində iştirak edən məktəbin qəhrəman tələbələri barədə məlumat verib. O, nəzərə çatdırıb ki, məktəbin iki məzunu – Arif Rüstəmov və Sahil Babayev Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Bundan əlavə məktəbi bitirmiş 9, hazırda təhsil alan 4 tələbə 44 günlük müharibədə göstərdikləri şücaətə görə, Ali Baş Komandan İlham Əliyev tərəfindən müxtəlif medallarla təltif ediliblər.

Tədbirin davamında 44 günlük Vətən müharibəsi iştirakçılarının çıxışları dinlənilib.

Tədbir bədii hissə ilə davam edib.

Paylaş :