img

 

İyunun 21-də “Radisson Baku” Hotelində təşkil edilən mərasimdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, qurumun nümayəndələri, turizm sahəsi üzrə fəaliyyət göstərən Assosiasiyaların rəhbərləri, ali təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və məzunlar iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BTPM-nin direktoru, əməkdar müəllim Neylüfər Kərimova 2011-ci ildən bu günə qədər qazanılan uğurları qonaqların diqqətinə çatdırıb, 2022-2023-cü tədris ilinin statistikalarını onlarla bölüşüb. N.Kərimova qeyd edib ki, artıq bu il məzun olan tələbələrin 62%-i işlə təmin edilib. Direktor məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev peşə təhsilinin önəmini vurğulayıb və qeyd edib ki, Bakı Turizm Peşə Məktəbi bu illər ərzində müsbət templə inkişaf edib. Sədr də öz növbəsində məzunları səmimi qəlbdən təbrik edib, onlara həyatlarında və işlərində nəaliyyətlər arzulayıb.

Daha sonra mərasimin fəxri qonaqları çıxışlar edib, eyni zamanda BTPM-nin tədris prosesində və ictimai işlərində fərqlənən tələbələrə “Fəxri Fərman”lar təqdim ediblər.

Mərasim Bakı Turizm Peşə Məktəbi tələbələrinin hazırladığı konsert proqramı, əl işləri, rəsm və qida sərgisinin nümayişi ilə davam edib.

Paylaş :