img

Bakı Turizm Peşə Məktəbində 15 sentyabr – Bilik Günü qeyd edilib.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbiri giriş sözü ilə Bakı Turizm Peşə Məktəbinin direktoru, əməkdar müəllim Neylüfər Kərimova açıb.

Müəllim kollektivini, tələbələri və onların valideyinlərini Bilik Günü münasibətilə təbrik edən məktəbin direktoru qeyd edib ki, 2023-2024-cü təhsil ilində Bakı Turizm Peşə Məktəbinə 417 tələbə qəbul olub. N.Kərimova bildirib ki, müəyyən qruplar üzrə qəbul olan tələbələr eyni zamanda,  “City & Guids, London İnstitutu” tərəfindən akkreditasiya olunmuş CASA tədris proqramı və Dual Təhsil Proqramı üzrə də paralel təhsil almaq imkanı qazanıblar.

Daha sonra tələbələrin tədris prosesi start götürüb. Bakı Turizm Peşə Məktəbinin bütün qruplarında ilk dərslər “Heydər Əliyev – Azərbaycan dövlətinin xilaskarı və qurucusu” mövzusuna həsr edilib.

Bakı Turizm Peşə Məktəbinin kollektivi adından yeni tədris ilində tələbələrimizə uğurlar, bol enerji və təhsil nəaliyyətləri arzulayırıq !

Paylaş :