img

 

Qadın bərbəri−günün dəbinə, müştərinin zövqünə, bədən və üz ölçülərinə görə,  həyat tərzinə uyğun saçın kəsilməsini, yuyulmasını, cürbəcür formada hörülməsini həmçinin, onların burulması, düzüm etməsi, rənglənməsi, eyni zamanda saçın qaynaq edilərək uzadılması, süni saçlar və saçların bərpa edilməsi, onun qayğısına qalması məsləhətini vermək kimi vəzifələri icra edən gözəllik ustasıdır.

Kişi bərbəri − müştərilərə bərbər ximətlərini−saçın, saqqalın qırxılması, kəsilməsi, yuyulması və müstərinin istəyi ilə saçın formaya salınaraq yaraşıq verilməsi kimi xidmətlər göstərən həmçinin, müştərilərə saçlara qulluq və kəpəyin qarşısının alınması kimi müvafiq məsləhətlər verən xidmət ustasıdır.

  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları və fərdi mühafizə vasitələri və sanitar-gigiyenik qaydalara əməl etmək;
  • Bərbər alətləri və avadanlıqlarına xidmət göstərmək, təmizləmək və dezinfeksiya etmək
  • Kəsici alətləri istehsalçının təlimatları və hüquqi tələblərə uyğun olaraq təmizləmək və xidmət göstərmək;
  • İş yerində alət və ləvazimatları yuyub dezinfeksiya etmək;
  • Müəyyən jestlərlə ünsiyyət qurmaq;
  • Etika və elementar əxlaq normalarına əməl olunması;
  • Müştərinin istəyini müəyyən etmək üçün ona şəkil və kataloqları təqdim etmək, bu barədə müvafiq məsləhət vermək, saç düzümləri təklif etmək üçün onların saçları, üz quruluşu və boyunu nəzərdən keçirmək;
  • Tələbləri müəyyən etmək üçün müştərilər ilə danışmaq.
  • Su, şampun, balzam, maye sabun və ya digər vasitələrdən istifadə etməklə saçları, başın dərisi və ya şinyonları yumaq, yaxalamaq, qaydaya salmaq və qurutmaq;
  • Xüsusi geyim vasitəsini müştərinin çiyinlərinin üstünə çəkmək və sancaqla bağlamaq;
  • Qayçı və digər lazımi alətlərdən istifadə etməklə müştərinin istəkləri, saçın növü və üzün quruluşuna əsasən saçları və ya şinyonları kəsmək, düzəltmək və müəyyən formaya salmaq;
  • Su, saçyığan, düzləndirən, buran vasitələri saça vurmaq, eləcə də biqudi, isti daraq və düzləndirən maşalardan istifadə etməklə saçı sıxmaq və burmaq;
  • Müxtəlif növ boyalardan, aplikator və ya şotkadan istifadə etməklə saçların rəngini dəyişmək.
  • Tərkibində kimyəvi maddələr olan saç məhsullarının düzgün istifadə olunması və saxlanmasını təmin etmək.
  • Saçların qayğısına qalan məhsulları, kosmetik vasitələri nümayiş etdirmək və satmaq;
  • Boynun və başın dərisini masaj etmək;
  • Fəaliyyətlər barədə məlumat vermək və onları qeydə almaq:
  • Müştərilərə göstərilən xidmətin keyfiyyətinə təsir edən hər hansı bir vəziyyəti müəyyən etmək və bu barədə məlumat vermək;
  • Bütün digər avadanlıqları istehsalçının təlimatları və hüquqi tələblərə uyğun olaraq saz vəziyyətdə saxlamaq;
  • Sabun köpüyündən istifadə etməklə saqqalı qırxmaq və ya ülgüc vasitəsi ilə gicgah və boyundakı saç və saqqal konturlarını düzəltmək;
  • Saçı qırxmaq və ya saça losyon, rəng çəkmək, başı şampunla yumaq, saça yaraşıq vermək, eləcə də boynun və ya başın dərisini masaj etmək kimi digər xidmətləri yerinə yetirmək;
  • Losyon, möhkəmləndirici vasitələrin və ya digər kosmetika məhsullarının satışını həyata keçirmək;
  • Müştərilərin qəbul vaxtları ilə əlaqədar cədvəl tərtib etmək;
  • Qəbzlər üzrə göstərilən xidmətləri qeydə almaq və ya ödənişləri qəbul etmək.

Qəbul: IX sinifdən (ödənişli)

Tədris dili: Azərbaycan

Təhsil müddəti: 1 il

Paylaş :