img

 

Qənnadçı, şirniyyatçı−gigiyenik norma, xüsusi texnologiya və  təhlükəsizlik qaydalarına riayət edərək, verilmiş reseptura üzrə müxtəlif qənnadı və şirniyyat məmulatlarını, desertləri və bu seçimdə olan digər şirniyyatları (tort, pirojna, rulet, keks, peçenye, krem, pomada, şokolad, çalınmış qaymaq, jele və s.) hazırlayan, onlara zövqə uyğun tam, dad, müxtəlif forma verib bəzəyən və bir sıra texniki əməliyyatlar icra edən peşəkar xidmət ustasıdır.

  • Sağlam qida təhlükəsizlik məsələlərinə diqqət etmək.
  • Müvafiq olduğu təqdirdə təmizlik və sanitariya prosedurları;
  • Müxtəlif növ içliklər və kremlər hazırlanmaq, kremi rəngləmək;
  • Xəmiri yoğurmaq, çalmaq (duru xəmir üçün xarakteriktir) və müəyyən səviyyəyə (qalınlığa) qədər yaymaq;
  • Məmulatı müəyyən ölçülərdə kəsmək, formalaşdırmaq və lövhələrə (təbəqələrə) yığmaq;
  • Yarımfabrikat biskviti (bişmiş xəmiri) yerbəyer etmək, hamarlamaq və ölçülərə görə qatlara ayırmaq;
  • Qənnadı məmulatlarının (tort, pirojna, fiqurlu peçenye və s.) hazırlanması prosesində ayrı-ayrı işləri yerinə yetirmək.
  • Məmulatı bəzəmək (pomada, krem, şokolad, qlazur, meyvələrlə, habelə üyudulmuş badam, qoz və bu qəbildən olan digər ləpəli meyvələrlə).
  • Müxtəlif qənnadı məhsulları, o cümlədən şokolad və şokolad qarışığı, likör, buz (zolaqlı və bütün formalar), şəkərli və şəkərsiz qənnadı məmulatlarının növləri, rezin əsaslı növlər və qazanda bişən məhsul növləri;
  • Müxtəlif qənnadı məhsul növlərinin hazırlanması, istehsalı, formaya salınması və qablaşdırılması üçün istifadə edilən istehsal sistemləri;
  • Qənnadı məmulatlarının hazırlanması və istehsalı ilə bağlı istehsal sistemləri, o cümlədən istehsal təlimatları, keyfiyyətə təminat tələbləri və ya şərtləri;
  • İstehsal avadanlıqları, istehsal prosedurları, təmizləmə prosedurları, material və xammal;
  • Qənnadı məmulatlarında əsas inqrediyentlərin rolu;
  • Qənnadı məmulatlarının hazırlanması və istehsalı ilə bağlı əsas amillər;
  • Qənnadı məmulatlarında istifadə edilən xammal növləri, xarakterik xüsusiyyətləri;
  • Xammalın saxlanması və emalı tələbləri;
  • Şokoladın növləri, tarixi və meyllərini araşdırmaq üçün bilik.
  • Dad yaddaşı, bədii yaradıcılıq, incə zovq;
  • Şokolad və qənnadı məmulatları ilə bağlı yaradıcılıq;
  • Sistem və ya avadanlıqda baş verən nasazlıqları aradan qaldırmaq üçün problemi həlletmə bacarığı;
  • Qənnadı məmulatlarının hazırlanması zamanı istifadə edilən avadanlıqların istismarı;
  • Məhsulların maya dəyərini hesablamaq bacarığı;
  • Təfərrüatlı və mürəkkəb işləri yerinə yetirmək bacarığı;
  • Vaxtı idarə etmək bacarığı;
  • Komandada işləmək bacarığı.
  • Dəqiq iş qrafikinə uyğun olaraq effektiv şəkildə çalışmaq;
  • Səliqəli xarici görünüş və intizamlı fəaliyyət;
  • İş saatları çərçivəsində çeviklik;
  • Etibarlı, dəqiq və məsuliyyətli olmaq və öhdəlikləri yerinə yetirmək;
  • Müxtəlif növ içliklər, şirə, kremlər hazırlanmaq və rəngləmək;
  • Qəlibləri hazırlamaq, habelə istifadə ediləcək qəliblərin təmiz, parıltılı, tozsuz və ya qalıqsız olmasını təmin etmək (fərdi və kiçik seriyalı istehsal prosesləri üçün əsas amildir);
  • Verilmiş reseptura üzrə xammalı (tərkib hissələri) tərəzidə çəkmək və ölçmək;
  • Mürəkkəb fiqurlu peçenyenin hazırlanma prosesini aparmaq;
  • Davamlı iş rejimini təmin etmək üçün temperatura nəzarət etmək;
  • Qənnadı məmulatlarının (tort, pirojna, fiqurlu peçenye və s.) hazırlanması prosesində ayrı-ayrı işləri yerinə yetirmək.
  • Qablaşdırma prosedurları;
  • Müştəri yönümlü ünsiyyət bacarığı;

Qəbul: XI sinifdən (ödənişli)

Tədris dili: Azərbaycan

Təhsil müddəti: 1 il

Paylaş :