img

Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova “Casa Baku” MMC-nin yeni rəhbər heyəti ilə görüşüb.

Görüşdə Kulinariya sənətəi mərkəzinin yeni baş meneceri Lee Ai Lin, fakültə meneceri Aravind Rai, qəbul və qeydiyyat üzrə şöbə rəhbəri Rəhman Piriyev iştirak ediblər. Görüşdə BTPM-in tədris istehsalat işləri üzrə direktor müavini Səadət Höcətova tədris prosesinin müxtəlif mərhələləri – istehsalar təlimi, istehsalat təcrübəsi, ixtisas (sıncaq) istehsalat işlərinin qəbulu haqqında qonaqlara məlumat verib.

Bununla yanaşı “Casa Baku”nun tələbələrinin dərsə münasibəti, müvəffəqiyyətləri, gələcəkdə görüləcək işlər, əməkdaşlığın müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyi ilə Bakı Turizm Peşə Məktəbi ikinci ildir ki, “Casa Baku” MMC (Culinary Arts Center of Azerbaijan) ilə layihə çərçivəsində əməkdaşlıq edir. Layihənin əsas məqsədi “Aşpaz” ixtisası üzrə təhsilin inkişafı istiqamətində işlərin gücləndirilməsi və qastronomiya turizminin inkişafıdır.

Paylaş :