“Mehmanxana inzibatçısı” ixtisası bir çox fəaliyyət meyarı nümunəsini özündə birləşdirir:
- Yerli ərazi barədə tarixi, mədəni biliklər və xarici dil bacarığı sayəsində, daxili nizamnaməyə uyğun olaraq vəzifə səlahiyyətləri çərçivəsində fəaliyyət göstərmək;
- Ön ofis tərəfindən idarə edilən və ya hazırlanan hesabat növləri, o cümlədən gəlmə (check in) və getmə (check out) siyahıları, otaqların tutulma səviyyəsi, qonaqların rəylərinin icmalı və uçot hesabatları;
- Kompüterdə mətnlərin yığılması, faylların və qeydlərin hazırlanması, formaların və digər ofis proseduralarının layihələndirilməsi, terminlərin hazırlanması və s. bu kimi inzibati və dəftərxana proseduranı bacarmaq;
- Qrup və fərdi şəxslər üçün otelə qeydiyyat və qeydiyyatdan çıxma proseduraları
- Qonaqlar gəlməzdən əvvəl qəbul (check in) məlumatlarını yoxlamaq, zəruri avadanlıqları nəzərdən keçirmək;
- Düzgünlüyü təmin etmək üçün informasiya vermək və qeydlər aparmaq;
- Mədəni və fərdi fərqlərə hörmət etmək, irqi, dini ayrı-seçkilik etməmək;
- Etik davranış qaydalarına riayət edərək, nəzakətli şəkildə qonaqların qarşılanması, qeydiyyatının aparılması, nömrələrə yerləşdirməsi və qonaqların bütün suallarına nəzakətlə cavab vermək;
- Müxtəlif müştərilərə keyfiyyətli xidmət göstərmək üçün yüksək səviyyəli fərdlərarası ünsiyyət qurmaq bacarığı;
- Tələb olunduğu təqdirdə müştərilərə otelin xidmətləri və imkanları ilə bağlı məsləhət və informasiya vermək;
- Qonaqlar problemlər ilə bağlı müraciət etdikdə təsərrüfat və ya texniki xidmət işçiləri ilə əlaqə saxlamaq;
- Qonaqları təlimatlandırmaq, zəruri hallarda ilk yardım, yanğınla mühafizə bacarığına malik olmaq;
- Mehmanxanadan gedən qonaqlar haqqında məlumatları yoxlamaq;
- Qonağın bütün məsrəflər (xərclər) hesabının yazıldığına əmin olmalı, xüsusən axırıncı səhər yeməyi və telefon danışıqlarının pulunun verildiyini, birlikdə qonağın hesabının düzgün və dəqiq yazıldığını yoxlamaq:
- Pulu kredit kartla və ya nəğd almaq
- Nömrə açarlarının verilməsinə və alınmasına nəzarət etmək və yoxlamaq;
Qəbul: XI sinifdən (dövlət hesabına)
Tədris dili: Azərbaycan
Təhsil müddəti: 1 il