“Barmen-ofisiant”−gigiyenik normalara, əməyin mühafizəsinə, qida və texniki təhlükəsizliyinə, etik davranış qaydalarına riayət edərək, bar, mehmanxana və ya restoranda qəlyanaltıları, kokteyl, spirtli və spirtsiz içkiləri müxtəlif tərtibatda hazırlayıb qonaqlara təqdim edən, eləcə də inventarizasiya və mühasibatlığa görə məsuliyyət daşıyan xidmət işçisidir.
- Texniki avadanlıqların istismarına, təmizlik qaydalarına və gigiyena standartlarına riayət etmək
- Daxili iş qaydalarına uyğun olaraq, işin intizamına, peşəkar etik normalarına ciddi əməl etmək
- Ünsiyyət qurmaq və dil bacarığı (ən azı peşəsi sahəsində)
- Xidmət texnologiyalarını bilməli (kredit kartı ilə ödəmələrin aparılması və beynəlxalq kredit kart hesablama sistemlərinin ödəmə qabiliyyətinin təyin edilməsi qaydalarını)
- Azərbaycan və dünya şərablarının keyfiyyət xarakteristikaları (üzüm, istehsal olunduğu il, saxlanması və yetişməsi) haqqında biliyə sahib olmaq
- Sifariş əsasında içki reseptlərinə uyğun olaraq, likyor, soda, su, şəkər və turş məhlullar kimi qarışıq tərkiblərdən istifadə etməklə kokteyl, isti və soyuq, spirtli və spirtsiz içkilər hazırlamaq;
- Xidmətlərin göstərilməsi üçün düzgün qabların seçilməsi
- İçkilərin müvafiq qaydada, lazımı qablarda, normativlərə və ya tələb olunan temperaturlara uyğun hazırlanması, bəzənməsi və verilməsi
- İçkilər və qidaların təqdim olunması sahəsində əl hərəkətləri və bədii təqdimat qabiliyyəti.
- Markalı içkilər, kokteyllər, müxtəlif qəlyanaltılar və qablar, qənnadı məmulatları və şirin məmulatlar istehsalı texnologiyası
- İçkilərin,qəlyanaltıların və qabların hazırlanmasında və buraxılmasında lazım olan invertarın, yeməkxana və şüşə qabların növləri və məqsədləri meyarlarını
- Müştərilərə içki və ərzaqların uyğunluğu və istehlakı haqqında məsləhətlər vermək;
- Məişət texnikası və avadanlıqlarının, video və səsləndirici avadanlıqların işləməsinin qaydalarını;
- Hesablama, büdcənin tərtibi və mühasibatlığın aparılması prinsipləri
“Barmen, ofisiant”-kulinariya, marketinq, psixologiya, həkim-dietoloq, mədəniyyət, turizm sahəsindən minimal biliklərə malik olmalı, müxtəlif xasiyyətli istehlakçıların özünüaparma qaydalarından mədəni çıxış yolu tapıb, konfiliktli vəziyyət yaratmamalıdır.
Ofisiant- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edərək, ictimai iaşə, məişət və digər xidmət sahələrində müştəriləri qarşılayan, masanı hazırlayan, yemək və içki menyularını təqdim edən, sifarişlərin qəbul edilməsi, razılaşdırılmış məhsulların masaya verilməsi, təfərrüatlı qəbz hazırlayıb ödənişi qəbul edən müştəri və mətbəx arasında vasitəçi rolunu oynayan xidmət işçisidir.
- Müştəriləri salamlamaq və müəssisənin prosedurasına uyğun olaraq yeməkdən əvvəlki xidmətləri göstərmək;
- Xidmət zamanı iş rejimini, o cümlədən özünün və digər komanda üzvlərinin tapşırıqlarını planlaşdırmaq, qiymətləndirmək və lazım olduğu təqdirdə müvafiq tövsiyələr vermək.
- Restoranın, yemək sahəsinin, funksional və ya iaşə obyektlərinin hazırlığını tamamlamaq və müəssisənin proseduraları çərçivəsində xidmət tələblərinə uyğun olaraq müştərilərin rahatlığını və istirahətini təmin etmək üçün yemək mühitinə müvafiq dəyişikliklər etmək;
- Müvafiq informasiyanı əldə etmək, işi planlaşdırmaq və təşkil etmək;
- Tapşırıq və prosesləri prioritetləşdirmək və ardıcıllığını müəyyən etmək;
- Müəssisənin proseduralarına uyğun olaraq müştəriləri masanın düzülüşünə uyğun olaraq yerləşdirmək, onların əyləşməsinə kömək etmək;
- Müştərilərə menyu və içki siyahılarını təqdim etmək, aydın təsvirlər və izahlar vermək, suallara düzgün və nəzakətli şəkildə cavab vermək;
- İçki və yemək seçməkdə müştərilərə yardım etmək məqsədilə onlara tövsiyə və təkliflər vermək;
- Sifarişləri qəbul etmək, mətbəxə və bara ötürmək və bu zaman müvafiq olduğu təqdirdə hər hansı xüsusi tələb, pəhriz və ya mədəni tələblər barədə məlumat vermək;
- Menyu seçiminə və müəssisənin proseduralarına uyğun olaraq qədəhləri, qabları və masa dəstlərini düzmək;
- Xidmət və yeməyin çatdırılması prosesini monitorinq etmək və müştəri ilə minimum təmas şəraitində xidmət prosesinin münasib vaxtında ərzaq, içki və qabları masaya vermək və təmizləmək;
- Səbirli, xoşxasiyyət olmalı, vəzifə səlahiyyəti çərçivəsində normativ-texniki sənədləri bilməlidir.
- Xidmət və məhsullar ilə bağlı gecikmələri və ya qüsurları aşkar etmək, müştərinin məmnunluğunu təmin etməklə müəssisənin siyasət və proseduralarına uyğun olaraq onları tez bir zamanda aradan qaldırmaq və məlumat vermək;
- Müştərilərin istəkləri əsasında hesabları hazırlamaq və onlara təqdim etmək;
- Müştərilərdə təkrar geri qayıtmağa həvəs oyatmaq məqsədilə onları nəzakətli şəkildə yola salmaq.
- Həmkarlar və müştərilər ilə əlaqələri idarə etmək:
- Kommunikasiya və informasiya axını səviyyəsini yüksəltmək məqsədilə xidmətdən əvvəl, xidmət zamanı və xidmətdən sonra mətbəx, bar işçiləri və digər ofisiantlar ilə ünsiyyət qurmaq;
- Problemləri aydın şəkildə müəyyən edib həll etmək;
- Müəyyən edilmiş protokol və xidmət metodlarına, müəssisənin siyasətlərinə və müştərinin gözləntilərinə uyğun olaraq qonaqpərvərlik münasibəti nümayiş etdirmək;
- Restoranın yeni işçilərinə peşəkar yardım göstərmək və müvafiq məlumatları onlarla bölüşmək;
- Mətbəx ilə yemək otağı arasında xidmətin effektiv şəkildə aparılmasını təmin etmək üçün baş aşpaz ilə xidmət işçiləri arasında müvafiq əlaqələr yaratmaq.
- Müəssisənin standartlarına və gigiyena tələblərinə uyğun olaraq avadanlığı təmizləmək vacibdir.
Qəbul: XI sinifdən (dövlət hesabına)
Tədris dili: Azərbaycan
Təhsil müddəti: 1 il