img

 

Oktybarın 20-də Beynəlxalq «Uzakrota» turizm sammiti yenidən Azərbaycanda keçirilib.

Bakıda, «Hilton Baku» hotelində baş tutan tədbirdə 30-dan çox məruzəçi və 500-dən çox ziyarətçi – turizmçilər, aviaşirkətlərin Bakı nümayəndəliklərinin rəhbərləri, hotelçilər və sənayenin müxtəlif sektorlarında çalışan peşəkarlar iştirak edib.

Bakı Turizm Peşə məktəbinin Mətbuat Katibi Rəhim Qədirov sammitdə “Turizm jurnalistikasının ölkələrin turizmində rolu” mövzusunda çıxış edib. Eləcə də, Bakı Turizm Peşə Məktəbinin “Turizm təşkilatçısı” və “Tədbirlərin təşkili” ixtisasları üzrə təhsil alan tələbələri sammitin təşkilində könüllü iştirak edib, sənaye nümayəndələri ilə birlikdə müxtəlif müzakirələrə qoşulublar.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində keçirilən “Uzakrota” turizm sammiti səyahət həvəskarları, səyahət mütəxəssisləri və sənaye nümayəndələri üçün bir araya gələrək məlumat mübadiləsi imkanı yaradır.

Paylaş :