img

 

Dekabrın 8-də Bakı Konqres Mərkəzində “Azərbaycan Turizm Sammiti 2022” tədbiri keçirilib.

Tədbirdə “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, “İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı”, “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti” və “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularına həsr olunmuş 4 panel çərçivəsində müzakirələr aparılıb.

Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova və Mətbuat Katibi Rəhim Qədirov “Azərbaycan Turizm Sammiti 2022” tədbirində iştirak ediblər.

Qeyd edək ki, Sammitə turizm sənayesinin üzvləri, dövlət və özəl sektorun nümayəndələri qatılıb.

Paylaş :