20 noyabrda COP29 çərçivəsində “Turizm Günü”ndə “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü” keçirilib.
Görüşdə “Turizm üzrə Təkmilləşdirilmiş İqlim Təşəbbüsü” müzakirə edilib, 50-dən çox ölkə və 8 qeyri-dövlət nümayəndəsinin qoşulduğu “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” digər dövlətlərin də qoşulması üçün elan olunub.
BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə baş tutan tədbirdə Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, BMT Turizm Təşkilatının Baş Katibi Zurab Pololikaşvili, 30-a yaxın ölkədən turizm nazirləri, turizm üzrə məsul qurumların yüksək səviyyəli rəsmiləri Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova, məktəbin Tədris istehsalar işləri üzrə direktor müavini Səadət Höcətova, beynəlxalq təşkilatların nümayəndələri, yerli turizmçilər və media nümayəndələri iştirak edib.
Bundan əlavə Turizm Günü çərçivəsində “Turizm Sektorunun İqlim Ambisiyasının Artırılması – öhdəliklərdən icraya (ölçü və dekarbonizasiya)”, “Turizm Sektorunun İqlim Ambisiyasının Artırılması – öhdəliklərdən icraya (regenerasiya/adaptasiya və maliyyələşmə)”, “Turizmdə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti: İnnovativ Həllər və İrəliyə doğru” mövzularında üç yüksək səviyyəli dəyirmi masa təşkil edilib və müxtəlif tematik təqdimatlar keçirilib.