img

 

27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakı Turizm Peşə Məktəbində Vətən uğrunda canından keçmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bütün ixtisaslarda təhsil alan qruplar üzrə ilk dərslər Vətən Müharibəsinə həsr olunub. Bakı Turizm Peşə Məktəbinin müəllimləri tələbələrə Azərbaycanın müzəffər ordusunun 44 gün ərzində Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında yenilməz şücaəti barədə məlumat verib.

Daha sonra məktəbin müəllim kollektivi və tələbələri İkinci Şəhidlər xiyabanını ziyarət ediblər. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin məzarlarına gül dəstələri qoyulub, dualar oxunub.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı Bakı Turizm Peşə Məktəbinin 2 məzunu –  Sahil Babayev və Arif Rüstəmov şəhidlik zirvəsinə ucalıb. Məktəbin iki auditoriyası hazırda onların adını daşıyır.

Paylaş :