img

Bakı
Turizm Peşə Məktəbində 2 Fevral – Gənclər Gününə həsr edilmiş oğlanlar və qızlar arasında stolüstü tennis turniri keçirilib.

Məktəbin müasir idman zalında keçirilən yarışda müxtəlif ixtisasları təmsil edən 28 tələbə iştirak edib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda qızlar arasında İlahə Məmmədova, oğlanlar arasında isə Nihad Vahidzadə birinci olublar. Yarışda ilk 3 yeri tutan idmançılar diplomla təltif ediliblər.

Qeyd edək ki,
Bakı
Turizm Peşə Məktəbində 2 Fevral – Gənclər Gününə həsr edilmiş silsilə tədbirlər təşkil edilir. Növbəti həftə BTPM Gənclər Klubunun təşkilatçılığı ilə tələbələr arasında bilik yarışı keçiriləcək.

Paylaş :