
27–29 noyabr tarixlərində Özbəkistan Respublikasında keçirilən “Delicious Uzbekistan” beynəlxalq kulinariya yarışmasında Bakı Turizm Peşə Məktəbinin və paralel olaraq Casa Baku tədris proqramında iştirak edən tələbələri uğurla çıxış ediblər.
Yarışmada məktəbin tələbələri aşağıdakı nəticələri qazanıblar:
-
Seymur Məharəmov – Et kateqoriyası, Qızıl Medal
-
Hüseyn Məmmədov – Et kateqoriyası, Qızıl Medal
-
Kamran Nağıyev – Balıq kateqoriyası, Gümüş Medal
-
Komanda – “Black Box” üzrə, Qızıl Medal və Kubok
Qazanılan bu nailiyyətlər Bakı Turizm Peşə Məktəbinin tələbələrinin peşəkarlığını, həmçinin məktəbdə həyata keçirilən tədris və praktiki hazırlıq prosesinin yüksək səviyyədə olduğunu bir daha göstərir.
Bakı Turizm Peşə Məktəbi beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edən bütün tələbələri təbrik edir və onların gələcək fəaliyyətində daha böyük uğurlar arzulayır.