
Bakı Turizm Peşə Məktəbinin ötən ilki məzunu, aşpaz ixtisası üzrə təhsil almış Seymur Məhərrəmov “Casa Cup 2025” kulinariya yarışmasında üç nominasiyada qalib olub.
O, yarışmada aşağıdakı mükafatlara layiq görülüb:
-
“İlin ən yaxşı Şefi” nominasiyasının qalibi
-
Pastry kateqoriyasında Gold Medal
-
“Ən yaxşı Pastry” mükafatının sahibi
Seymur Məhərrəmovun qazandığı bu uğurlar onun peşəkarlığının və hazırlığının yüksək göstəricisi olmaqla yanaşı, Bakı Turizm Peşə Məktəbinin məzunlarının beynəlxalq kulinariya yarışlarında rəqabət qabiliyyətini bir daha təsdiqləyir.
Bakı Turizm Peşə Məktəbi gənc mütəxəssisin nailiyyətlərini təqdir edir və ona gələcək fəaliyyətində uğurlar arzulayır.