
12–19 iyun 2025-ci il tarixlərində Bakı Turizm Peşə Məktəbində bütün ixtisaslar üzrə ixtisas (sınaq) istehsalat işlərinin qəbulu təşkil olunub. Tədris planına uyğun şəkildə həyata keçirilən bu mərhələ şagirdlərin ixtisasları üzrə əldə etdikləri bilik və bacarıqları praktik olaraq nümayiş etdirmələri baxımından mühüm əhəmiyyət kəsb edir.
İxtisas işlərinin qəbul prosesi peşə məktəbinin müvafiq müəllim heyəti ilə yanaşı, məktəblə əməkdaşlıq edən bir sıra işəgötürən müəssisələrin nümayəndələrinin iştirakı ilə həyata keçirilib. Bu yanaşma, təhsil müəssisəsi ilə əmək bazarı arasında sıx əlaqələrin mövcudluğunu və tələbələrin real iş şəraitinə uyğun peşə hazırlığı səviyyəsinin qiymətləndirilməsini təmin edir.
Bakı Turizm Peşə Məktəbi olaraq, əmək bazarının tələblərinə cavab verən, praktik bacarıqlara malik və yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi önəm veririk. İxtisas (sınaq) istehsalat işlərinin qəbulu mərhələsi bu məqsədə doğru atılan vacib addımlardan biridir.