img

2025-ci ilin dekabr ayında Bakı Turizm Peşə Məktəbində tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, qabaqcıl pedaqoji təcrübənin paylaşılması və müasir təlim metodlarının tətbiqi məqsədilə bir sıra açıq dərslər təşkil olunmuşdur.

12.12. 2025-ci il tarixində “İKT-dən istifadə” modulundan müəllim Aytən Süleymanovanın “Qrafik dizayner” ixtisası üzrə 321 nömrəli qrupda açıq dərsi keçirilmişdir. Dərs zamanı informasiya-kommunikasiya texnologiyalarının tədris prosesində səmərəli tətbiqi və praktiki yanaşmalar nümayiş etdirilmişdir.

19.12. 2025-ci il tarixində “Bələdçilik” modulu üzrə müəllim Gülnar Mürvətovanın “Turizm təşkilatçısı” ixtisası üzrə II kurs, 286 nömrəli qrupda açıq dərsi təşkil olunmuşdur. Açıq dərsdə bələdçilik fəaliyyətinin əsas prinsipləri və peşəkar yanaşmalar ətraflı izah edilmişdir.

24.12. 2025-ci il tarixində “Şəxsi inkişaf və karyera planlaşdırması” modulundan müəllim Şəlalə İsayevanın “Reklam dizayneri” ixtisası üzrə qrupda açıq dərsi keçirilmişdir. Dərs tələbələrin şəxsi inkişafı, karyera planlaması və əmək bazarına hazırlığı mövzularını əhatə etmişdir.

25.12. 2025-ci il tarixində “Tədbirlərin təşkilatçısı” modulundan müəllim Amilə Həsənovanın II kurs “Turizm təşkilatçısı” ixtisası üzrə qrupda açıq dərsi baş tutmuşdur. “İlk tibbi yardım qaydaları” mövzusunda keçirilən dərsdə fövqəladə hallarda ilkin tibbi yardımın göstərilməsinə dair nəzəri və praktik biliklər təqdim edilmişdir.

Keçirilmiş açıq dərslər Bakı Turizm Peşə Məktəbində tədrisin keyfiyyətinin yüksəldilməsinə, müəllimlərin peşəkar inkişafına və tələbələrin bilik və bacarıqlarının artırılmasına xidmət edir.

Paylaş :