Bakı Turizm Peşə Məktəbində 2024-2025-ci tədris ilinə start verilib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbiri giriş sözü ilə Bakı Turizm Peşə Məktəbinin direktoru, əməkdar müəllim Neylüfər Kərimova açıb.
Müəllim kollektivini, tələbələri və onların valideyinlərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edən məktəbin direktoru qeyd edib ki, müəyyən qruplar üzrə qəbul olan tələbələr eyni zamanda, “City & Guids, London İnstitutu” tərəfindən akkreditasiya olunmuş CASA tədris proqramı və Dual Təhsil Proqramı üzrə də paralel təhsil almaq imkanı qazanıblar.
Məktəbdə müxtəlif ixtisaslar üzrə keçirilən ilk dərslər “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr edilib.
Bakı Turizm Peşə Məktəbinin kollektivi adından yeni tədris ilində tələbələrimizə uğurlar və təhsil nəaliyyətləri arzulayırıq !