img

İyulun 2-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrda Bakı Turizm Peşə Məktəbinin 2023-2024-cü illərdə təhsil alan tələbələrinin Məzun Günü keçirilib.

Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra çıxış üçün söz Bakı Turizm Peşə Məktəbinin direktoru, dosent, əməkdar müəllim Neylüfər Kərimovaya verilib. N.Kərimova BTPM-də illər ərzində görülən işlər, müsbət inkişaf dinamikası, məzunların iş yerləri ilə təmin edilməsi, statistik göstəricilər və b. mövzularla bağlı qonaqlara məlumat verib.

Çıxışdan sonra məzunların Fəxri Diplomla təltif edilməsi üçün Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov səhnəyə dəvət olunub. Bu il məktəbi bitirən 7 tələbə Fəxri Məzun diplomları ilə təltif edilib.

Rəsmi hissədən sonra tədbirin bədii hissəsi başlayıb. Bədii hissədə Bakı Turizm Peşə Məktəbinin tələbələri məzun gününə özəl hazırlanmış səhnəciklə çıxış ediblər.

Paylaş :