img

 

Azərbaycanda 500-ə yaxın ziyarətçinin iştirakı ilə “Checkin Summit Caucasus by Uzakrota” tədbiri keçirilib.

“Fairmont Hotel Baku”da  baş tutan, 10 sessiya üzrə 30 tanınmış spikerin çıxış etdiyi tədbirin təşkilində Bakı Turizm Peşə Məktəbinin 8 tələbəsi könüllü olaraq fəaliyyət göstərib. Onlara bu fəaliyyətlərinə görə beynəlxalq sertifikat təqdim edilib.

Bundan əlavə BTPM-də “Turizm təşkilatçısı”, “Tədbir təşkilatçısı” və “Mehmanxana inzibatçısı” ixtisası üzrə təhsil alan 50-ə yaxın tələbə tədbirdə ziyarətçi qismində iştirak edib.

Qeyd edək ki, sammitə Azərbaycan Turizm Bürosunun, turizm sənayesində fəaliyyət göstərən Assosiasiyaların rəhbər şəxsləri, turizm şirkətlərinin rəhbərləri və işçiləri, aviaşirkətlərin Azərbaycan nümayəndəliklərinin rəhbərləri və hotelçilər qatılıb.

Paylaş :