img
27 sentyabr Anım Günü münasibətilə Bakı Turizm Peşə Məktəbində müəllim kollektivinin iştirakı ilə tədbir təşkil olunub.
Tədbirin əvvəlində Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan xalqına müraciəti dinlənilib.
Daha sonra çıxış edən məktəbin direktoru Neylüfər Kərimova dəmir yumruq əməliyyatı çərçivəsində Azərbaycanın qeyrətli oğullarının doğma Qarabağ torpağı uğrunda döyüşlərdə göstərdiyi şücaətlərdən danışıb. O, qeyd edib ki, ali məqama – Şəhidlik zirvəsinə ucalan oğullar arasında Bakı Turizm Peşə Məktəbinin məzunları Sahil Babayev və Arif Rüstəmov da var. Onlar Azərbaycan xalqının qəlbində daim yaşayacaqlar.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik !
Paylaş :