img

 

“Aşpaz” peşəsinin əsas meyarları:

  • Ərzağın təhlükəsiz və gigiyenik şəraitdə hazırlanmasını təmin etmək, texniki təhlükəsizlik normalarına riayət etmək;
  • Ərzaq və un məmulatlarının bişirildiyi sahələri, o cümlədən avadanlıqları yoxlamaq və təmizləmək;
  • Menyunun hazırlanması:
  • Menyuya daxil olan qidaları planlaşdırmaq, seçmək, tapşırıqlar siyahısını dəqiqləşdirmək və təşkil etmək;
  • Menyu üçün xammalın miqdarını müəyyən etmək və hazırlamaq, reseptlərə və texniki şərtlərə uyğun olaraq keyfiyyət və üslub tələblərini təyin etmək;
  • Alınan məmulatların kəmiyyətini və keyfiyyətini yoxlamaq;
  • Dəqiq miqdarda və müxtəlif ərzaq xidmətinin mövsümü tələblərinə uyğun olaraq ərzağı hazırlamaq;
  • Hazırlanan yeməklər üçün tələb olunan inqrediyentləri hesablamaq:
  • Çörək məmulatları və ya souslar kimi inqrediyentləri qarışdırmaq;
  • Növbəti mərhələlərdə istifadə edilməsi üçün ət və s. bu kimi məmulatları emal edərək hazırlamaq;
  • Müasir üsullara əsasən qısa müddət ərzində məmulatlar hazırlamaq;
  • Müxtəlif mətbəx alət və avadanlıqlarından istifadə etməklə müvafiq reseptlərə və ya fərdi ideyalara uyğun olaraq inqrediyentləri çəkmək, ölçmək və qarışdırmaq;
  • Müxtəlif ərzaqların normativlər üzrə hazırlamaq və  xüsusi dizaynla təqdim etmək;
  • Reseptə uyğun düzgün miqdarla yeməkləri hazırlamaq.
  • Mətbəxin ehtiyatlarını nəzərdə saxlamaq;
  • Təsərrüfatı, müəssisənin profilini, yeməyin çeşidini, qidalıq dərəcəsini və estetik görünüşünü nəzərə almaqla gələcək menyular ilə bağlı təkliflər vermək.
  • Qida məhsullarının istehsalı, xörəklərin hazırlanması və onların müxtəlif çeşitdə olması zəruridir.

Qəbul: XI sinifdən (ödənişli)

Tədris dili: Azərbaycan, Rus

Təhsil müddəti: 1 il

Qəbul: IX sinifdən (ödənişli)

Tədris dili: Azərbaycan

Təhsil müddəti: 2 il

Paylaş :