img

 

Mayın 20-də ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Astarada təhsil festivalı təşkil olunub. Festival Elm və Təhsil Nazirliyi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Rayonun dənizkənarı park-bulvar kompleksində keçirilən festivalda elm və təhsil naziri Emin Əmrullayev, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, millət vəkilləri, yazıçılar, təhsil müəssisələri və nəşriyyat rəhbərləri, müəllimlər, məktəblilər, rayon ictimaiyyəti iştirak edib.

Bakı Turizm Peşə Məktəbi Astarada keçirilən təhsil festivalında stendlə təmsil olunub. Məktəbin Təhsil istehsalat üzrə direktor müavini Səadət Höcətova və müəllimləri festival iştirakçılarına BTPM haqqında müxtəlif məlumatlar verib.

Bakı Turizm Peşə Məktəbinin stendini ziyarət edən Azərbaycan Respublikasının Elm və Təhsil Naziri cənab Emin Əmrullayevə məktəbdə tədris olunan ixtisaslar və tələbələr üçün yaradılan şərait barədə ətraflı informasiya verilib. Bununla yanaşı BTPM-nin direktoru Neylüfər Kərimovanın müəllifi olduği “Uğurlu gələcək peşədən başlanır” kitabı cənab Nazirə təqdim olunub.

Festivalın keçirilməsində məqsəd ölkə üzrə təhsilin inkişafı üçün maraqlı tərəflər arasında regionda əməkdaşlıq platformasının yaradılmasıdır.

Festivalda tədris ili ərzində xüsusi nailiyyətləri ilə fərqlənən şagirdlərlə, Vətən müharibəsi iştirakçıları olan təhsil işçiləri ilə görüşlər keçirilib.

Daha sonra “Musiqi dünyamız” mahnı festivalı, fləşmob keçirilib.

Qeyd edək ki, festivalda  ümumilikdə 10 minə yaxın izləyici iştirak edib.

Paylaş :