
Fevralın
26-da Bakı Turizm Peşə Məktəbində bütün qruplar üzrə ilk dərslər Xocalı faciəsinə həsr edilib.
Daha sonra məktəbin rəhbər heyətinin və tələbələrin iştirakıyla Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar tədbir təşkil edilib. Tədbirdə Xocalı qurbanlarının xatirəsi anılıb, BTPM-nin kitabxanaçısı Günay Əhmədova tərəfindən tələbələrə bu faciənin tarixi barədə məlumat verilib. Faciə barədə film nümayiş olunub. Tədbir zamanı qeyd edilib ki, artıq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz torpaqlarımızı düşman tapdağından xilas edib. Bu gün Xocalıda quruculuq işləri aparılır, insanlar öz doğma el-obalarına geri qayıdırlar.
Tədbirdən sonra Bakı Turizm Peşə Məktəbinin müəllim və tələbə kollektivi “Ana harayı” abidəsini ziyarət edib.




