“Əməliyyatçı – Mühasib” ixtisası bir çox fəaliyyət meyarı nümunəsini özündə birləşdirir:
- Təsərrüfat sübyektinin maliyyə ehtiyaclarını müəyyən etmək;
- İşin tələblərinə əsasən gündəlik fəaliyyətləri planlaşdırmaq;
- Proqram təminatının seçilməsində iştirak etmək:
- Avtomalaşdırılmış mühasibatlıq sistemlərinin seçilməsi və istifadəsi barədə məsləhət vermək.
- Müəssisənin məlumat bazasını yaratmaq:
- Təsərrüfat sübyektinin tələblərinə əsasən mühasibat uçotunun hesablar planını hazırlamaq;
- Sifarişçilər və satış ilə bağlı məlumatları hazırlamaq və daxil etmək;
- Təchizatçılar və satınalmalar barədə məlumatları hazırlamaq və daxil etmək;
- İnventarizasiya ilə əlaqədar məlumatları hazırlamaq və daxil etmək;
- Müvafiq məhsullar, xidmətlər və təşkilati bölmələr üzrə xərcləri bölüşdürmək, hesablamaların düzgün və təşkilatın prosedurlarına uyğun aparılmasını təmin etmək üçün məlumatları gəlir və xərcləri əsaslandırmaq, təşkilatın fəaliyyət məqsədlərinə uyğunluğunu təmin etmək;
- Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək) və icra etmək;
- Sifarişçilər tərəfindən edilmiş ödənişlərin qeydiyyatını aparmaq və müştərilər ilə əlaqədar məlumatları yeniləmək;
- Satınalmaların qeydiyyatını aparmaq və nəzarət etmək;
- Əmək haqqı, müavinətlər, vergilər, ezamiyyətlər, eləcə də sağlamlıq və ya qocalıq ilə əlaqədar işdən azad olma halları üzrə ödənişləri hesablamaq və qeydiyyatını aparmaq;
- Gəlir-xərc məlumatlarını müvafiq qaydada yeniləmək.
- Hesablar üzrə məlumatları toplayıb işləməklə müəssisənin aktivlərinin və passivlərinin mühasibatlıq kitabında qeydiyyatını aparmaq:
- Mühasibat uçotunu və dövlət orqanlarına maliyyə hesabatlarını hazırlamaq, hesabatlıq və prosedur normalarına düzgün, tam və uyğun olmasını qiymətləndirmək üçün yoxlamaq;
- Hesablar üzrə məlumatlardan istifadə etməklə maliyyə əməliyyatlarını sənədləşdirmək;
- Toplanmış məlumatlar əsasında mövcud maliyyə vəziyyətini öyrənmək, balans, mənfəət və zərər haqqında hesabat, o cümlədən digər hesabatları hazırlamaq;
- Sənədləri yoxlamaqla maliyyə əməliyyatlarını təsdiqləmək və ödənişləri həyata keçirmək;
- Maliyyə uyğunsuzluqlarını yoxlamaq və aradan qaldırmaq;
- Daxili yoxlamalar vasitəsi ilə maliyyə təhlükəsizliyini təmin etmək.
- Yaranmış öhdəliklər üzrə bəyannamələri və hesabatları hazırlamaq:
- Vergi, sosial sığorta və s. ödənişləri həyata keçirmək, onlara nəzarət etmək;
- Təsərrüfat sübyektini sifarişçilər və dövlət orqanları (vergi, sosial müdafiə, statistika və s.) qarşısında təmsil etmək, maliyyə məsələləri ilə əlaqədar arbitraj (məhkəmə) çəkişmələri zamanı yardım göstərmək;
- Aylıq, rüblük, illik bəyənnamələri və hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq;
- Hesablanmış vergilərin və sığorta haqlarının vaxtında ödənilməsini təmin etmək.
- Pul vəsaitlərini idarə etmək:
- Büdcələr (smetalar) üzrə gəlir və xərcləri yoxlamaq;
- Bank ilə bağlı əməliyyatları (ödəniş tapşırığı, çek əsasında vəsaitin nağdlaşdırılması, elektron bankçılıq və s.) yerinə yetirmək;
- Təsərrüfat sübyektinin uçot siyasəti və prosedurlarına uyğun olaraq xərclərin razılaşdırılmış çərçivədə istifadəsini təmin etmək;
- Büdcədən kənarlaşma baş verdikdə müvafiq şəxsləri məlumatlandırmaq, düzəlişlər üçün təkliflər hazırlamaq və həyata keçirmək;
- Xərclənməmiş pul vəsaitlərinin uçot siyasətinə uyğun idarə edilməsini təmin etmək;
Qəbul: XI sinifdən (ödənişli)
Tədris dili: Azərbaycan
Təhsil müddəti: 1 il