img

 

Bakı Turizm Peşə Məktəbinin müəllimləri “Global Travel Services Limited” Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən “IATA GDS Fares and Ticketing” təlimlərində iştirak edib.

Mürvətova Gülnar Əlixan qızı və  Həsənzadə Təranə Telman qızı adıçəkilən təlimləri uğurla başa vurduqlarına görə, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) tərəfindən sertifikatla təltif ediliblər.

Qeyd edək ki, 2021-ci ildə  Bakı Turizm Peşə Məktəbi və “Global Travel Services Limited” Azərbaycan nümayəndəliyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

Paylaş :