![img](https://btpm.edu.az/wp-content/uploads/2023/01/Оранжевый-Фотография-Динамичный-Рамка-Конференция-Церковь-Плакат-2.jpg)
2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Bakı Turizm Peşə Məktəbində “Heydər Əliyev müasir Azərbaycanın qurucusu kimi” adlı sərgi və müsabiqə baş tutacaq.
Müsabiqəyə BTPM-də təhsil alan tələbələrin hazırladıqları rəsm əsərləri, yazı və əl işləri təqdim ediləcək.
Təyin olunmuş kateqoriyalar üzrə ilk 3 yerin sahibləri tədbirin münsiflər heyəti tərəfindən “Diplom”la təltif olunacaq.
Müsabiqədə iştirak etmək arzusunda olan tələbələr yanvarın 31-dək yuxarıda göstərilən mövzu üzrə rəsm əsərlərini, yazı və əl işlərini təlim ustalarına təqdim etməlidir.
Sərgi 2 Fevral – “Gənclər günü”ndə Bakı Turizm Peşə Məktəbində keçiriləcək.