img

 

2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Bakı Turizm Peşə Məktəbində “Heydər Əliyev müasir Azərbaycanın qurucusu kimi” adlı sərgi keçirilib.

Fevralın 2-də baş tutan sərgidən öncə Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova tələbələrlə birlikdə sərgidə nümayiş etdirilən rəsm əsərləri və əl işləri ilə tanış olub.

Tədbirin başlanğıcında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra məktəbin direktoru Neylüfər Kərimova Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafı üçün gördüyü işlər barədə danışb. Direktor xüsusi ilə qeyd edib ki, 2 Fevral – Gənclər Günü Ulu öndər Heydər Əliyevin göstərişi ilə təsis edilib. N.Kərimova Bakı Turizm Peşə Məktəbinin tələbələrini Gənclər Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Paylaş :