Bakı Turizm Peşə Məktəbində ixtisas (sınaq) istehsalat işlərinin qəbulu və dövlət buraxılış imtahanları keçirilmişdir.

24 İyun 2019

     Bakı Turizm Peşə Məktəbində 11 ixtisas üzrə 25 qrupda 11-18 iyun tarixlərində ixtisas (sınaq) istehsalat işlərinin qəbulu və 19-24 iyun tarixlərində dövlət buraxılış imtahanları keçirilmişdir.

     İxtisas (sınaq) istehsalat işlərinin qəbulu və dövlət buraxılış imtahanları zamanı turizm sənayesi və ictimai iaşə xidmətləri üzrə mütəxəssislər imtahan komissiyasına sədrlik etmişdir: Smart Hotel Menecment şirkətinin direktoru, “SKAL”ın sədri Ceyhun Aşirov, “Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası”nın sədri, turizm üzrə ekspert Ruslan Quliyev, AZTA sədrinin müşaviri Müzəffər Ağakərimov, ATMU-nun “Mehmanxana və restoran biznesi” kafedrasının müəllimi , “İctimai İaşə Sahəsində Maarifləndirmə” İctimai Birliyinin sədri İldırım Musayev, ATMU-nun “Mehmanxana və restoran biznesi” kafedrasının müdiri Novruz Quliyev, ATMU-nun baş müəllimi, “Bakı Turizm Ekskursiya” MMC- nin direktoru Əlixan Mürvətov, ATMU-nun “Turizm və qonaqpərvərlik” fakultəsinin dekan müavini Flora Ələsgərova, Azərbaycan Milli Kulinariya Assosiasiyasının idarə heyətinin üzvü, qida texnoloqu Ağa Salamov, “Mübariz Un Məmulatları” Şirniyyat evinin istehsalat rəhbəri, Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü Çingiz Alxazov, “Qafqaz Sport Hotel”inin baş aşpazı Valeh İmranov, “Leyla studio” gözəllik salonunun saç ustası Aysel Məhərrəmova.

 

 

 

BİZİMLƏ ƏLAQƏ

Sual və təklifləriniz üçün 

  • Ünvan: Bakı şəhəri, 8 mk/r. Cəfər Xəndan küçəsi 17
  • Tel: +994 12 561-97-87
  •       +994 12 561-79-52
  •       +994 12 561-24-41
  • Email: info@btpm.edu.az
Top