BAKI TURİZM PEŞƏ MƏKTƏBİ 2019-2020-Cİ TƏDRİS İLİ ÜÇÜN TƏLƏBƏ QƏBULU ELAN EDİR.

08 May 2019

Bakı Turizm Peşə Məktəbi 2019/2020-ci tədris ili üçün tələbə qəbulu elan edir.

İxtisaslar:
1. Turizm agenti (ödənişsiz və ödənişli)
2. Mehmanxana qeydiyyatçısı (ödənişsiz)
3. Yerli Bələdçi (turizm üzrə) (ödənişsiz)
4. Kompüter üzrə operator (ödənişli)
5. Kompüter üzrə operator, dizayner (ödənişli)
6. Mühasib (ödənişli)
7. Əməliyyatçı mühasib (ödənişli)
8. Aşpaz (ödənişli)
9. Qənnadçı, şirniyyatçı (ödənişli)
10. Barmen, ofisiant (ödənişsiz)
11. Bərbər – kişi və qadın (ödənişli) 
12. Bərbər-vizajist, manikürçü (ödənişli)

Məktəbə ümumi orta təhsil (9 illik) və tam orta təhsil bazasını (11 illik) bitirmiş, yaşından asılı olmayan şəxslər qəbul edilir.
Dərslər Azərbaycan və Rus dillərində tədris olunur.

Ödənişli ixtisaslarda təhsil haqqı 500 AZN təşkil edir.

Təhsil müddəti 1 ildir (15 sentyabr 2019-cu il – 30 iyun 2020-ci il).
Sənədlərin qəbulu İyun ayının 1-dən başlanır ( həftə içi hər gün saat 10:00-dan 16:00)
Qəbul müsahibə yolu ilə aparılır.

Bakı Turizm Peşə Məktəbinə qəbul olmaq üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır. SƏNƏDLƏRİN QOVLUQDA TƏQDİM OLUNMASI MÜTLƏQDİR!
1. Təhsil haqqında sənəd (əsli və surəti) Şəhadətnamə və ya attestat 
2. Yaşayış yerindən arayış
3. Tibbi arayış f - 086
4. 3x 4 ölçüdə - 5 ədəd şəkil
5. Şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə (əsli və surəti)
Ünvan: Bakı şəh. 8 mkr., Cəfər Xəndan küçəsi 17. (Zirvə şadlıq sarayının yanı)
Tel: (012) 561-97-87, 561-79-52
Marşrutlar: “Elmlər Akademiyası” metro stansiyasından 6 saylı,
“Gəncilik” metro stansiyasından 26, 202, 3 saylı,
“Azadlıq” və “28 May” metro stansiyasından 88 və 88A saylı BakuBus

BİZİMLƏ ƏLAQƏ

Sual və təklifləriniz üçün 

  • Ünvan: Bakı şəhəri, 8 mk/r. Cəfər Xəndan küçəsi 17
  • Tel: +994 12 561-97-87
  •       +994 12 561-79-52
  •       +994 12 561-24-41
  • Email: info@btpm.edu.az
Top