ÇAY BAYRAMI

16 Noyabr 2017

   Mədəniyyət və Turizm Nazirliyi və Bakı Turizm Peşə Məktəbinin birgə təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) çərçivəsində noyabrın 16-da Nizami Kino Mərkəzində festivalın beynəlxalq münsiflər heyətinin üzvləri və qonaqları üçün çay süfrəsi təşkil olunmuşdur.

   Bakı Turizm Peşə Məktəbinin müəllim və tələbə heyətinin fəal iştirakı ilə keçirilən tədbirdə ölkəmizdə çayın yaranma tarixi, Azərbaycan xalqının məişətində və mədəniyyətindəki önəmli yeri, adət-ənənələrimizin ayrılmaz tərkib hissəsinə çevrilməsi və s. haqqında qonaqlara məlumat verilmiş, incəsənət nümayəndələri tərəfindən bədii proqram nümayiş etdirilmişdir.

  Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 15-18 noyabr tarixində keçirilən festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda, tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşısına məqsəd qoyub.

sat

BİZİMLƏ ƏLAQƏ

Sual və təklifləriniz üçün 

  • Ünvan: Bakı şəhəri, 8 mk/r. Cəfər Xəndan küçəsi 17
  • Tel: +994 12 561-97-87
  •       +994 12 561-79-52
  •       +994 12 561-24-41
  • Email: info@btpm.edu.az
Top