Bakı Turizm Peşə Məktəbində "Məzun günü" keçirilib

06 İyul 2017

    Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Turizm Peşə Məktəbi iyul ayının 5-də “Məzun günü” tədbiri keçirib Tədbirdə Mədəniyyət və Turizm nazirinin müavinləri Sevda Məmmədəliyeva və Nazim Səmədov, nazirliyin nümayəndələri, turizm müəssisələri rəhbərləri, səfirlik nümayəndələri, tələbə və müəllim kollektivi iştirak etmişdir. 

   Açılışda Azərbaycanın Dövlət Himni səslənib.

    Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Turizm və Menecment Universitetinin rektor səlahiyyətlərini icra edən Eldar Aslanov və Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova öz çıxışları ilə məzunları təbrik edərək, 2016/2017-ci tədris ilini “əla” qiymətlərlə bitirmiş məzunlara fəxri diplomlar təqdim etmişlər.

sat

BİZİMLƏ ƏLAQƏ

Sual və təklifləriniz üçün 

  • Ünvan: Bakı şəhəri, 8 mk/r. Cəfər Xəndan küçəsi 17
  • Tel: +994 12 561-97-87
  •       +994 12 561-79-52
  •       +994 12 561-24-41
  • Email: info@btpm.edu.az
Top