Polşanın "FilmAT” Film, Sənət və Turizm Festivalının azərbaycanlı tələbələrdən ibarət münsiflər heyəti yaradılıb

04 İyul 2017

    2017-ci ilin noyabr ayında Polşanın Varşava şəhərində 12-ci "FilmAT” Film, Sənət və Turizm Festivalı keçiriləcək. Festivalın təşkilat komitəsi tərəfindən kino, media və turizm sahəsində dünyada tanınmış şəxslərin təmsil olunduğu peşəkar münsiflər heyəti ilə yanaşı bu ildən etibarən beynəlxalq tələbə münsiflər heyətinin də yaradılması qərara alınmışdır. Bu il beynəlxalq tələbə münsiflər heyətinin polşa, braziliya və azərbaycanlı tələbələrdən ibarət olması festival rəhbərliyi tərəfindən təklif edilmişdir. Bu məqsədlə, Azərbaycan Turizm və Menecment Universitetinin və Bakı Turizm Peşə Məktəbinin 9 nəfər tələbəsindən ibarət münsiflər heyəti yaradılmışdır. İyun ayının 22-də Bakı Turizm Peşə Məktəbində münsiflər heyətinin toplantısı keçirilmişdir. Toplantıda "FilmAT” Film, Sənət və Turizm Festivalına dünyanın müxtəlif ölkələrindən təqdim edilən 17 filmə tələbə münsiflər tərəfindən baxış keçirilmiş və filmlər qiymətləndirilmişdir.

    Noyabrda keçiriləcək festivalda Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimovanın ölkəmizi təmsil etməsi nəzərdə tutulmuşdur.

sat

BİZİMLƏ ƏLAQƏ

Sual və təklifləriniz üçün 

  • Ünvan: Bakı şəhəri, 8 mk/r. Cəfər Xəndan küçəsi 17
  • Tel: +994 12 561-97-87
  •       +994 12 561-79-52
  •       +994 12 561-24-41
  • Email: info@btpm.edu.az
Top