“31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI" HADİSƏLƏRİNDƏN ARTIQ 99 İL KEÇİR

04 Aprel 2017

       Martın 31-də Bakı Turzim Peşə Məktəbinin Konfras zalında “31 mart Azərbaycanlıların Soyqırımı Günü" ilə əlaqədar olaraq anım tədbiri keçirilib.

      Tədbirdə çıxış edən məktəbin direktoru Neylüfər xanım Kərimova 1918-ci ilin martında Bakı, Quba, Şamaxı, Lənkəran, Salyan və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli soyqırım faktlarından danışıb. N. Kərimova Ümummilli Liderimiz Heydər Əliyevin “31 mart Azərbaycanlıların Soyqırımı Günü”  kimi qeyd olunması ilə bağlı sərəncam imzaladığını və həmin sərəncama əsasən, ölkəmizdə və dünya ölkələrində tədbirlər keçirildiyini, xalqımızın başına gətirilən faciələr dünya ictimaiyyətinin diqqətinə çatdırıldığını bildirdi. Artıq bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşib.

       Neylüfər xanım həmçinin, öz çıxışında erməni millətçilərinin Azərbaycan dövlətinə qarşı həmişə ərazi iddiaları və təcavüz siyasətindən söhbət açıb. Bildirdi ki, amerikalı aqranom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitabında ermənilərin ingilis və rusların yardımı ilə öz məqsədlərinə çatıb və təkcə Bakıda mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetiriblər.
       Qanlı soyqırım hadisələrini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində "Soyqırım Memorial Kompleksi"nin yaradılmasına qərar verildiyini və Heydər Əliyev Fondunun dəstəyi ilə Quba rayon mərkəzində “Quba Soyqırımı Memorial Kompleksi”nin açıldığını xüsusi olaraq qeyd etdi.

       Anım tədbiridə soyqırım hadisələrində həlak olan azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və soyqırım ilə əlaqəli sənədli film nümayiş olunub.

BİZİMLƏ ƏLAQƏ

Sual və təklifləriniz üçün 

  • Ünvan: Bakı şəhəri, 8 mk/r. Cəfər Xəndan küçəsi 17
  • Tel: +994 12 561-97-87
  •       +994 12 561-79-52
  •       +994 12 561-24-41
  • Email: info@btpm.edu.az
Top