“TURİZM SƏNAYESİNİN İNKİŞAFINA DAİR STRATEJİ YOL XƏRİTƏSİ”NDƏ “MİLLİ MƏTBƏXİN YERİ VƏ RESTORAN BİZNESİNİN ROLU” MÖVZUSUNDA MƏRUZƏ

30 Mart 2017

      Martın 30- da Bakı Turizm Peşə Məktəbinin akt zalında Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun Azərbaycan Respublikasında "İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə "Milli mətbəxin yeri və restoran biznesinin rolu” mövzusunda məruzəsi dinlənilib. Məruzədə ölkədə ərzağın keyfiyyətinin yüksəldilməsi və mətbəx mədəniyyətinin təbliği istiqamətində görülən işlərdən söz açılıb.
     Kulinarlarımızın peşəkarlığının artırılmasının turizmin inkişafında əhəmiyyətli dönüş yarada biləcəyini söyləyən T.Əmiraslanov müəllifi olduğu kulinariyaya aid dərslikləri BakıTurizm Peşə Məktəbinin direktoru Neylüfər xanım Kərimovaya şəxsən təqdim edib.
    Aşpazların əl işlərindən ibarət sərgi də nümayiş olunub.

 

BİZİMLƏ ƏLAQƏ

Sual və təklifləriniz üçün 

  • Ünvan: Bakı şəhəri, 8 mk/r. Cəfər Xəndan küçəsi 17
  • Tel: +994 12 561-97-87
  •       +994 12 561-79-52
  •       +994 12 561-24-41
  • Email: info@btpm.edu.az
Top